BU GÜN ƏDLİYYƏ İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMI GÜNÜDÜR.
Ümummilli liderimiz Heydər Əliyev rəhbərliyi ilə ədliyyə sisteminin inkişafını təmin edən məqsədyönlü, genişmiqyaslı islahatlar həyata keçirilib.. Ulu öndərimizin bu sahəyə diqqətinin bariz nümunəsi kimi ədliyyə işçilərinə verilən dəyəri özündə ehtiva edən sərəncamı qeyd edə bilərik. Belə ki,11 noyabr 2000-ci il tarixli Sərəncamı ilə təsis edilmiş 22 noyabr – ədliyyə işçilərinin peşə bayramı günü Respublikanın ədliyyə orqanlarında və məhkəmələrdə böyük ruh yüksəkliyi ilə geniş qeyd olunur.
Ədliyyə sisteminin fəaliyyətinin təkmillədirilməsi, bu strukturda olan orqanların inkişaf etdirilməsi əlbəttə ki, ölkə başçımız Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla aparılır və davamlı olaraq cəmiyyətə təqdim etdiyi islahatlar paketinin həyata keçirilməsində Ədliyyə Nazirliyinin də böyük rolu var. Bu sahədə fəaliyyətin təkmilləşdirilməsi, ədliyyə orqanlarının inkişafı, ədalət mühakiməsinin səmərəliliyinin artırılması, müstəqil məhkəmə hakimiyyətinin möhkəmləndirilməsi üzrə genişmiqyaslı təbirlər həyata keçirilir.
Ölkə Prezidenti İlham Əliyevin təşəbbüsü ilə ədliyyə orqanlarının fəaliyyəti ilə bağlı bir sıra mühüm sənədlər qəbul olunub, struktur təkmilləşdirilib. 18 aprel 2006-cı il tarixli Fərman ilə Ədliyyə Nazirliyi haqqında əsasnamə təsdiq edilərək ona hüquq mühafizə orqanı statusu verilib.Ədliyyə Nazirliyi 106 illik tarixi dövr ərzində zəngin, kəşməkəşli bir yol keçərək müasir inkişaf mərhələsinə çatıb.
Azərbaycan ədliyyəsinin davamlı inkişafı üzrə görülən tədbirlər və qazanılan nailiyyətlərin möhtərəm Prezidentimiz cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə aparılan genişmiqyaslı işlərin real təzahürü olduğunu, dövlət başçısının rəhbərliyi ilə Azərbaycan ədliyyəsinin və məhkəmə-hüquq sisteminin mütərəqqi islahatlar aparılmaqla təkmilləşdiyini, səlahiyyətlərinin xeyli genişləndiyini, cəmiyyətdə yeri və rolunun əhəmiyyətli dərəcədə artdığını , Ədliyyə orqanlarının qanunun aliliyinin və insan hüquqlarının qorunmasında, şəffaflığın və ictimai iştirakçılığın təmin olunmasında mühüm fəaliyyətini qeyd etmək təqdirəlayiq uğurlardan biridir.
Müasir Azərbaycan dövlətçiliyinin banisi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli Sərəncamı ilə təsis edilmiş 22 noyabr – ədliyyə işçilərinin peşə bayramı günü artıq uzun illərdir ki, ədliyyə və məhkəmə orqanlarında böyük ruh yüksəkliyi ilə geniş və təmtəraqla qeyd olunur.
Ədliyyə sisteminin inkişafının əsaslı dönüş mərhələsinin məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu deyərək, Ümummilli Liderimizin hakimiyyətə qayıdışı ilə müstəqilliyimizin bərqərar olaraq, ölkəmizdə demokratik hüquqi dövlətin qurulduğunu, ictimai-siyasi həyatın bütün sahələrində mütərəqqi islahatlar aparılmaqla davamlı inkişafa nail olunduğunu görməmək mümkün deyil.
Ümummilli lider Heydər Əliyevin dövlət quruculuğu xəttini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ədliyyəsinin davamlı inkişafı üzrə görülən ardıcıl və məqsədyönlü işlərin, həyata keçirilən məhkəmə-hüquq islahatlarının qayəsini, ilk növbədə, insan hüquqlarının etibarlı təminatı, vətəndaşlara qayğılı münasibət, onlara yüksək keyfiyyətli xidmətlərin göstərilməsi təşkil etdiyini nəzərə çatdıraraq, hər bir demokratik cəmiyyətdə müstəsna əhəmiyyət kəsb edən məhkəmə hakimiyyətinin müstəqilliyinə xidmət edən bu cür köklü və sistemli islahatların uğurla davam etdirilməsi nəticəsində bu gün ölkəmizdə bütün sahələrdə mühüm nailiyyətlər qazanılmışdır.
Müstəqil Azərbaycan Respublikasının Ədliyyə sisteminin xalqımızın müstəqillik uğrunda mübarizəsini, onun şanlı keçmişini əks etdirən zəngin tarixi vardır. Şərqin ilk demokratik dövləti olan Azərbaycan Xalq Cümhuriyyətində ədliyyə fəaliyyətinə xüsusi əhəmiyyət verilərək, Ədliyyə Nazirliyi dövlətimizin yarandığı gün – 1918-ci il may ayının 28-də təsis edilmişdir.
Azərbaycan Ədliyyə orqanları və məhkəmələrin fəaliyyəti ilə bağlı bir sıra qərarlar qəbul edilmiş, o cümlədən 1918-ci il noyabr ayının 14-də Azərbaycan Məhkəmə Palatasının Əsasnaməsi, noyabrın 22-də isə Ədliyyə Nazirliyinin Əsasnaməsi təsdiq edilmişdir.
Azərbaycan ədliyyəsi ölkəmiz dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra da ulu öndər Heydər Əliyevin diqqətindən kənarda qalmamış, 1993-cü ildə hakimiyyətə qayıdışından sonra Ümummilli Liderin rəhbərliyi ilə ədliyyə sisteminin inkişafını təmin edən ardıcıl və məqsədyönlü islahatlar həyata keçirilmiş, nazirliyin səlahiyyətləri genişlənmiş, cəmiyyətdə rolu artmışdır.
Məhz Ulu Öndərin Ədliyyə sektoruna göstərdiyi böyük qayğının və diqqətin təzahürü olaraq 11 noyabr 2000-ci il tarixdə imzaladığı Sərəncamla Ədliyyə Nazirliyinin ilk Əsasnaməsinin təsdiq edildiyi gün 22 noyabr Azərbaycan Respublikası ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis edilmişdir.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə Ədliyyə orqanlarının fəaliyyəti ilə bağlı bir sıra mühüm sənədlər qəbul olunmuş, Ədliyyə nazirliyinə yeni vəzifələr həvalə edilmiş, strukturu təkmilləşdirilmişdir. Müstəqillik dövründə ilk dəfə olaraq dövlət başçısının 18 aprel 2006-cı il tarixli Fərmanı ilə Ədliyyə Nazirliyi haqqında əsasnamə təsdiq edilərək ona hüquq mühafizə orqanı statusu verilmiş, habelə “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının 26 may 2006-cı il tarixli Qanunu qəbul olunmuş və ölkə Prezidenti tərəfindən “Ədliyyə orqanlarının inkişafı haqqında” 17 avqust 2006-cı il tarixli Fərman imzalanmışdır.
Dövlət başçısının 06 fevral 2009-cu il tarixli Sərəncamı ilə “Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı” təsdiq edilərək həyata keçirilmişdir.
Çoxəsrlik dövlətçilik ənənəsi olan Azərbaycanın Ədliyyə tarixinin ən şərəfli dövrü 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının yaranması ilə başlanır. Azərbaycan ədliyyəsi yarandığı dövrdən bu günə qədər çətin və şərəfli bir yol keçərək bir əsrə nöqtə qoydu.Təsadüfi deyil ki,Ədliyyə Nazirliyinin yaradılması 1918-ci il may ayının 28-də Şərqin ilk demokratik dövləti olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə eyni bir vaxtda təsis edildi. Azərbaycan tarixinə Heydər Əliyev Konstitusiyası kimi daxil olmuş ilk milli Konstitusiyamızda demokratik quruluşun və hüquqi dövlətin möhkəm təməli qoyuldu. Ümummilli liderimizin bilavasitə sədrliyi ilə Hüquqi İslahat Komissiyası yaradıldı və qısa müddət ərzində keçmiş sovetlər birliyindən miras qalmış ölkənin hüquq sistemi demokratik prinsiplər əsasında tamamilə yenidən quruldu, hüquq sisteminin fəaliyyətini tənzimləyən bütün əsas qanunlar və məcəllələr beynəlxalq hüquq normalarının tələbləri nəzərə alınmaqla yenidən qəbul edildi.Həyata keçirilən islahatlar çərçivəsində ədliyyə işinin müasir tələblər səviyyəsinə qaldırılması üçün əsaslı tədbirlər görüldü, Ədliyyə Nazirliyinin üzərinə yeni mühüm vəzifələr qoyuldu. Ölkəmizdə insan haqlarının əsil müdafiəsinə xidmət edən müstəqil məhkəmə hakimiyyətinin formalaşmasına xüsusi diqqət yetirilərək, 2000-ci ildə ilk dəfə hakimlərin test üsulu ilə seçimi keçirildi, həmin ilin sentyabr ayından isə yeni 3 pilləli məhkəmə sistemi fəaliyyətə başladı. Bu sahədə görülən tədbirlər sırasında ölkə Prezidentinin fərmanı ilə ədliyyə sahəsində çalışan çoxminli kollektivin və digər hüquqşünas kadrların tədrisinə xidmət edəcək yüksək statuslu tədris ocağının – Ədliyyə Akademiyasının təsis olunması xüsusi qeyd olunmalıdır.
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli 685 nömrəli Fərmanına Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN xidmət” mərkəzləri yaradılmışdır.“ASAN xidmət” mərkəzlərinin əsas məqsədi dövlət orqanlarının hüquqi xidmətlərinin göstərilməsində vətəndaş məmnunluğunun, şəffaflığın təmin edilməsi, korrupsiya hallarının istisna edilməsi, müasir texnologiyaların tətbiq edilməsi, dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni düşüncə tərzinin – “dövlət qulluqçusunun vəzifəsi vətəndaşın hüququnu təmin etməkdir” yanaşmasının formalaşdırılmasıdır.Həmin mərkəzlərdə Ədliyyə Nazirliyinin qeydiyyat və notariat şöbələridə fəaliyyət göstərir. Bir əsrdən də çox zaman dəf edən Azərbaycan ədliyyəsinin zəngin və keşməkeşli və çətin tarixini öyrənmək, müsbət ənənələri yaşatmaq, kadrları, xüsusilə kadrların gənc nəslini bu ənənələr ruhunda tərbiyə etmək bizim tarixi vəzifəmizdir. Mütəxəssislər cəlb edilməklə araşdırmalar aparılması və nazirlikdə Azərbaycan ədliyyəsinin tarixi muzeyinin yaradılması bu işdə xüsusilə əhəmiyyətli olmuşdur.Bütün bunlar peşə bayramımıza əlavə bayram qatmışdır. Peşə bayramının və Azərbaycan ədliyyəsinin 100 illik yubileyinin təntənəli keçirilməsi məqsədilə əhatəli tədbirlər planı təsdiq olunmuşdur.Hər il peşə bayramı günündə ədliyyə işçiləri Fəxri Xiyabana gedərək bu bayramı bizlərə bəxş etmiş müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevə öz əbədi ehtiramlarını bildirir, Şəhidlər Xiyabanında uyuyan şəhidlərimizin xatirəsini yad edirlər. Bu gün bütün ədliyyə sistemində bayram ab-havası yaranır, Azərbaycan ədliyyəsinin keçdiyi şanlı tarixə nəzər salınır, ədliyyə veteranları və gənc mütəxəssislərlə görüşlər, yığıncaqlar keçirilir, bayram tədbirləri təşkil olunur.Peşə bayramı ərəfəsində ədliyyə işçilərinin vəzifə maaşlarının artırılması, Azərbaycan Ədliyyəsinin gələcək inkişafına təminat verən sənədlərin qəbul olunması, ədliyyə orqanları işçilərinin və hakimlərin yüksək dövlət təltiflərinə, fəxri adlara və ali rütbələrə layiq bilinməsi dövlətimizin ədliyyə sisteminə göstərdiyi diqqət və qayğının növbəti təzahürü olmuşdur.Dövlət başçımızı əmin etmək istərdik ki, onun dövlətçiliyimizin inkişafında fədakar əməyini özünə örnək bilən ədliyyə işçiləri göstərilən yüksək etimadı əməlləri ilə doğruldacaq, üzərlərinə düşən mühüm vəzifələri bundan sonra da vicdanla icra edəcək, ədliyyə işçisi adını daim uca tutaraq, ölkəmizin tərəqqisi yolunda möhtərəm Prezidentimizə layiqli yardımçı olacaqlar! Azərbaycan Ədliyyəsi Müzəffər Ali Baş Komandan cənab İham Əliyevin rəhbərliyi ilə daha da təkmilləşəcək və inkişaf edəcəkdir.
Azərbaycan Respublikası,Ədliyyə Nazirliyi,
Notariat Palatası,
Xüsusi notarius:
Hacıyev Eldəniz Tofik oğlu