Azərbaycanda bu ərazilərdə də yanğın başladı – Yenilənib

 Azərbaycanda bu ərazilərdə də yanğın başladı – Yenilənib

Ağdərə rayonu Talış, Goranboy rayonu Tapqaraqoyunlu kəndləri istiqamətində yanğınlar başlayıb.

Axar.az Report-a istinadla xəbər verir ki, səhər saatlarında başlayan yanğınlar küləyin təsiri ilə geniş əraziyə yayılıb.

Yanğın əsasən quru ot və kolluq ərazidədir.

Hadisə yerinə FHN-nin yanğınsöndürən briqadaları cəlb edilib.

Yanğının geniş əraziyə yayılmasının qarşısı almaq məqsədilə tədbirlər görülür.

***

Ağdərə rayonu Talış, Goranboy rayonu Tapqaraqoyunlu kəndləri istiqamətində yanğınların söndürülməsi işləri davam etdirilir.

Səhər saatlarında başlayan yanğınlar küləyin təsiri ilə geniş əraziyə yayılıb.

Hadisə yerinə FHN-in yanğınsöndürən briqadaları ilə yanaşı, helikopterlər də cəlb olunub.

Helikopterlər yanğını söndürmək üçün suyu yaxınlıqdakı Suqovuşan su anbarında götürürlər.

Oxşar xəbərlər