Gəncədə “Bakıbus” avtobusları gecəyə kimi işləyəcəklər

Ayna Tv Gencexeber az-a istinadən xəbər verir ki,“BakuBus” MMC-nin tezliklə Gəncədə fəaliyyətə başlaması ilə əlaqədar marşrut xətlərinin iş qrafiki yenilənəcək.
Bu barədə Gencexeber.az-a adıçəkilən sərnişindaşıma şirkətinin mətbuat xidmətindən məlumat verilib.
Gəncə və Göygöl istiqamətində fəaliyyət göstərən yeni avtobus marşrutlarının siyahısı və iş qrafiki təqdim edirik:
Gəncə şəhəri üzrə marşrutlar
1 nömrə: Gəncə dəmiryol vağzalı – Yeni Gəncə (28 May pr.) / 06:30 – 23:00;
3 nömrə: Yeni Gəncə (28 May pr.) – Cümhuriyyət pr. / 06:30 – 23:00;
4 nömrə: İmamzadə türbəsi – Cümhuriyyət pr. / 06:30 – 23:00;
5 nömrə: Yusif Məmmədliyev küç. – Vidadi Qoçayev küç. – 06:30 – 22:30;
6 nömrə: Şıxzamanlı qəs. – Bağmanlar küç. – 06:30 – 23:00;
7 nömrə: Poçt qəs. – Şəhidlər Xiyabanı (R20 Gəncə–Daşkəsən yolu) – 06:30 – 22:30;
9 nömrə: Təbriz küç. – “Kəlbəcər” şəhərciyi / 06:30 – 23:00;
10 nömrə: Poçt qəs. – Nərimanov küç. (Parkın ətrafı) / 06:30 – 22:00;
11 nömrə: Məhəsti qəs. (H. Verdiyev küç.) – “Kəlbəcər” şəhərciyi / 06:30 – 23:00;
12 nömrə: Gəncə dəmiryol vağzalı – 1 nömrəli şəhər xəstəxanası / 06:30 – 22:30;
13 nömrə: Gəncə Beynəlxalq Avtovağzal (Şəmkir istiqaməti) – Gəncə Avtovağzal (Yevlax istiqaməti) – 06:30 – 23:00;
14 nömrə: Qızılqaya qəs. (Aydın Nəbiyev küç.) – Nərimanov küç. (Parkın ətrafı) / 06:30 – 22:30;
15 nömrə: Mərkəzi Klinika Gəncə Xəstəxanası – Gəncə Avtovağzal (Yevlax istiqaməti) – 06:30 – 22:30;
16 nömrə: Məhəsti qəs. (Əlökkbər bəy Xasməmmədov küç.) – Gəncə Avtovağzal (Yevlax istiqaməti) / 06:30 – 22:00;
17 nömrə: Mərkəzi Klinika Gəncə Xəstəxanası – İ. Kazımov küç. (Çəngəl-Bıçaq zavodu) / 06:30 – 22:30;
18 nömrə: Nərimanov küç. (Parkın ətrafı) – Cavadxan qəs. (Kərim bəy Mehmandarov küç.) / 06:30 – 22:30;
19 nömrə: Vidadi Qoçayev küç. – Ş. İ. Xətai pr. (“Grand” bazar) / 06:30 – 22:00;
20 nömrə: Ə.Xəqani küç. (Hərbi hissə) – Nərimanov küç. (Parkın ətrafı) / 06:30 – 22:00;
G1: Göygöl rayon Mərkəzi Xəstəxanası – Nərimanov küç. (Parkın ətrafı) / 06:30 – 22:30;
G2: Göygöl Avtostansiyası – Nərimanov küç. (Parkın ətrafı) / 06:30 – 22:00.
Qeyd edək ki, marşrutların iş qrafiki 06:30-dan 22:00, 22:30 və ya 23:00-dəkdir. Əksər xəttlər şəhərin mərkəzi – Nərimanov küçəsi (parkın ətrafı) ilə kəsişir. Yeni şəbəkə Gəncə ilə yanaşı, Göygöl rayonunu da əhatə edir.