Gəncədə tanınmış Professor rəhmətə getdi
ADAU-NUN PROFESSORU ADİL RAMAZANOV VƏFAT EDİB.
Adil Ramazanov (Adil Ramazan) Aqrar Universitetin Baytarlıq təbabəti və Zoomühəndislik fakültəsinin təcrübəli və ağsaqqal professorlarından idi. Adil Ramazan həm də Gəncə ədəbi mühitinin isti və səmimi söz adamlarından

və şəhər ağsaqqallar şurasının üzvlərindən biri idi.
Səmərəli pedoqoji fəaliyyətinə, fəal ağsaqqallığına görə şair-professor Adil Ramazanov Respublika Veteranlar Şurası “Həmrəylik” medalı ilə təltif edilmişdi.
Professorun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk!
Allah rəhmət eləsin!
