Gəncədə Yəhudi qəbiristanlığında təmizlik işləri görülüb

Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi (MKTİB) tərəfindən şəhərin 2 saylı Yəhudi qəbiristanlığında təmizlik aksiyası həyata keçirilib.
Ayna.Tv Gencexeber.az-a istinadən bildirir ki, MKTİB-nin əməkdaşları tərəfindən məzarlıq ərazisində əmələ gəlmiş alaq otları biçilib, habelə bərk və məişət tullantılarının toplanması, ərazidən daşınması təmin edilib.
Bundan başqa yəhudi xalqına məxsus qəbirlərin ətrafına mövcud olan ağaclara aqrotexniki qulluq göstərilib, suvarılması təmin edilib.