Məşhur kahin xəbərdarlıq etdi: Dünya üçün ən təhlükəli il…

Polşalı kahin Kşiştof Yaçkovskinin 2026-cı illə bağlı kəhanətləri gündəm olub.
Axar.az Publika.az-a istinadla xəbər verir ki, o, 2026-cı ili qaçqınlarla bağlı problemlər, həmçinin terror aktları və inqilablar riskinin yüksək olması səbəbindən dünya üçün ən təhlükəli il adlandırıb.
Yaçkovskiyə görə, xüsusilə də Polşa 2026-cı ildə ən çətin dövrlərdən birini yaşayacaq. O, siyasətçilərin vətəndaş müharibəsi qorxusundan ölkədən qaçacaqlarını proqnozlaşdırıb. Bir qrup siyasətçi tərəfindən dövlətə xəyanət və sadə vətəndaşların aldadılması halları da baş verəcək.
Onun proqnozlarına görə, 2026-2028-ci illərdə ölkə prezidentsiz qala, hətta Polşa bəzi torpaqlarını itirə bilər.