Azəri qızı Günel keçmiş sevgilisinin cavabını verdi

 Azəri qızı Günel keçmiş sevgilisinin cavabını verdi
“İnsanların ağzı torba deyil ki, büzəsən”

Azəri qizi Günel Türkiyənin “Show TV” telekanalında, müğənni Alişan və Çağla Şikelin “Hər Şey Daxil” proqramının qonağı olub.

Lent.az-ın məlumatına görə, gənc sənətçi 8 il birlikdə olduğu azərbaycanlı iş adamı Rza Zərrabın onun haqqında dediyi fikirlərin həqiqət olmadığını söyləyib: “Heç kimdən qorxmuram. İnsanların ağzı torba deyil ki, büzəsən. Şəxsi həyatımla bağlı sual verilməsini istəmədim. Ağzımdan çıxmayan sözlər qəzetlərdə yazıldı. Utanacaq heç nə etməmişəm. Kimin necə olduğu ortadadır”.

Günel Rzanın istəmədən haqqında fikirlər səsləndirdiyini deyib: “Zaman-zaman istəmədən insanların ağzından bəzi sözlər çıxa bilər. Yenə də hörmət edir, susuram. Mən adımı heç vaxt bu məsələlərdə hallandırmadım. İbrahim Tatlısəs də bu fikri deyir. Onlar özlərini nümayiş etdirdilər. Mən də kim olduğumu göstərdim. Daha kimsənin üstümə gəlməsini istəmirəm”.

Lalə Yusifqızı

Oxşar xəbərlər